Sentyabr ayında SOFAZ​ valyuta hərraclarında $252,2 mln. satıb

12:35 - 2.10.2017


Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) yerli bazarda  xarici valyutanın öz tərəfindən satışlarının şəffaflığını saxlamaqdadır.

Neft Fondunun xəbər verdiyi kimi, 2017-ci ilin  avqustunda $292,6 mln., iyul ayında $253,2 mln., iyunda $373,2 mln., mayda $300,3 mln., apreldə $220,8 mln., martda $250 mln., fevralda $258,4 mln. və yanvarda $285 mln. qarşılığında, sentyabr ayında valyuta hərraclarında onun satışları $252,2 mln. valyuta təşkil etmişdir.

Bilavasitə valyuta satışlarında  SOFAZ-ın rekordu 2016-cı ilin oktyabr ayına təsadüf etmişdir ($371 mln.).

2017-ci ilin birinci yarısında Neft Fondu artıq $1940,9 mln. həcmində valyuta satmışdır.

Вся лента