Tehran sanksiyaların qaldırılmasına qədər OPEC+ çərçivəsində hasilatı azaltmayacaq

13:37 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. ABŞ sanksiyaları altında olan İran, OPEC+ format  çərçivəsində hasilatın razılaşdırılmış  azalmasında iştirak etməyəcək.

Bu barədə, OPEC Nazirlər Konfransında iştirak etmək üçün Vyanaya gələn İran Neft naziri Bijan Namdar Zangane jurnalistlərə danışıb.

“Biz, sanksiyalar qaldırılana qədər gələcəkdə hasilatın azalmasına dair kvotaları hər hansı bir qərardan çıxarmalıyıq”, - deyə o bildirib.

Zangane istehsal səviyyəsindən söz etməyib, çünki bu, onun sözlərinə görə, ABŞ tərəfindən İrana təzyiqin səbəbi ola bilər.

“Əgər ABŞ OPEC vasitəsilə İrana təzyiq göstərmək istəyirsə, bu, qeyri-peşəkar davranışdır və demək istəyirəm ki, OPEC ABŞ Enerji Departamentinin tərkib hissəsi deyil ki, ABŞ-ın necə və nə edəcəyi barədə təlimat alsın”, - Zangane  belə deyib.

Vyanada Monitorinq Komitəsinin iclası keçirilib və alyans üzvlərinə 2019-cu ilin birinci yarısında istehsalını azaltmağı tövsiyə edilib. Məqsəd, hasilatın təxminən gündə 1 milyon barel azaldılmasıdır. Cümə axşamı bu tövsiyə OPEC nazirləri tərəfindən, cümə günü qeyri-OPEC ölkələri tərəfindən nəzərdən keçiriləcək.

Daha əvvəl xəbər verilmişdir ki, OPEC+ nazirləri neft hasilatının azaldılmasının  zəruriliyi barədə razılığa gəliblər.

 

Вся лента