Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu üçün vaqonların istehsalı üzrə birgə müəssisə yaradacaq

13:39 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Türkiyə və Azərbaycan dəmir yolu vaqonlarının birgə istehsalına başlayacaqlar.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın sözlərinə görə, zavod Bakı-Tbilisi-Qars dəmiryol marşrutu üçün vaqonlar istehsal edəcək.

“Bununla bağlı mən, Bakıda “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüş keçirdim. Biz, Bakı- Tbilisi -Qars marşrutunun daha yaxşı fəaliyyəti üçün görüləcək işləri müzakirə etdik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, layihəyə böyük sərmayələr qoyulub. Bu marşrutla təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, həm də bütün qonşu ölkələr üçün yüklər daşınacaq. Layihə üzərində işlər başa çatmaqdadır.

 

Вся лента