Azərbaycan, İran, Rusiya və Türkiyə İKT nazirləri 2019-cu ilin fevral ayında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

14:08 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya naziri Konstantin Noskov, Azərbaycan, İran, Rusiya və Türkiyənin nazirləri arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri üzrə dördtərəfli görüşdə iştirak edib.

Rusiya Nazirliyinin məlumatında  deyilir ki, görüşdə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə, İranın İnformasiya və kommunikasiya texnologiyaları naziri Mohammad Cahromi, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri  Cahit Turan iştirak edib.

İştirakçılar İKT sahəsində əməkdaşlığın geniş spektrini müzakirə etdilər. Tədbir, rabitə sahəsində Regional Birliyin Administrasiyaları Rəhbərləri Şurasının 54-cü sessiyası çərçivəsində keçirilib.

“Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirləri əməkdaşlığın aktual məsələləri, o cümlədən start-up ekosistemlərin, peyk xidmətləri, kibertəhlükəsizlik, poçt xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq və əməkdaşlığı möhkəmləndirmək barədə fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin start-up təşviqi üçün birgə konsorsiumun yaradılması imkanlarını müzakirə ediblər. 2019-cu ilin  fevralında növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub”, - məlumatda belə deyilir.

 

Вся лента