Azərbaycanda sosial mənzillərin əldə edilməsi üçün 7 mindən çox insan müraciət edib

16:37 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), güzəştli şərtlərlə mənzil əldə etmək istəyən 7 mindən artıq insanı qeydə alıb.

MİDA-nin aparat rəhbəri Anar Quliyev bildirdi ki, yaxın aylara Yasamal Yaşayış Kompleksində satışların başlanğıcını elan ediləcək.

“Alıcılara ilk mənzilləri artıq gələn ilin yay aylarında təqdim etməyi planlaşdırırıq”, - A.Quliyev belə deyib.

 

Вся лента