2019-cu il yanvarın 1-dən başlayaraq, BakıBus 88 nömrəli paytaxt marşutuna xidmət edəcəkdir

11:16 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt marşrutlarını optimallaşdırmağa davam edir.

BNA-in məlumatında deyilir ki, marşrutların optimallaşdırılması işləri sərnişin daşımaları xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilir.

“Bununla bağlı, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək”, - məlumatda belə deyilir. 

Məlumatda deyilir ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.

“Qeyd edilən dəyişikliklər 2019-cu ilin 1 yanvar tarixindən tətbiq ediləcək”, - məlumatda belə deyilir.

 

Вся лента