Azercell Gürcüstanda və Türkiyədə internet rouminq tarifini iki dəfə artırır

13:09 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti Gürcüstan və Türkiyənin internet rouminq tariflərinin 80% artdığını elan edib.

Şirkətin məlumatına görə, 2019-cu il yanvarın 3-dən etibarən Gürcüstan və Türkiyə üzrə rouminqdə İnternet tarifləri, həm faktura, həm də qeyri-faktura olmayan istifadəçilər üçün hər meqabayta 0,99 manat olacaq.

Hazırda Gürcüstanda və Türkiyədə internet rouminq tarifi bir meqabayta 0,55 manat təşkil edir.

 

Вся лента