ABŞ səfirliyi AccessBank-ın layihəsini dəstəkləməyə davam edir

16:55 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib.

İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı ABŞ-ın Azərbaycandakı səfirliyinin İqtisadi bölməsinin rəhbəri Castin Berq (Justin Berg) olub.

Qonaq tələbələr qarşısında təqdimatla çıxış edib. O, qlobal iqtisadiyyatdakı tendensiyalardan, Azərbaycanla ABŞ arasında mövcud olan iqtisadi əlaqələrdən, Amerika birjalarının spesifikasından danışıb.

Onun sözlərinə görə, istənilən ölkə tərəfindən edilən ən doğru investisiya insan kapitalına yatırımdır: "Hesab edirəm ki, "UNEC Business English Conversation Club" layihəsi məhz bu cür yatırımın gözəl nümunəsidir. Başqa sözlə, AccessBank düzgün yoldadır".

Qeyd edək ki, C.Berqin təqdimatı iştirakçıların yüksək aktivliyinə səbəb oldu. İqtisadi sahədə təhsil alan tələbələr təcrübəli diplomatdan öz sahələrinə dair onları maraqlandıran sualların cavabını aldı.

Xatırladaq ki, bundan öncə ABŞ səfirliyinin digər əməkdaşı - İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mişel Petersen (Michele Petersen) layihənin qonağı olub.


Вся лента