OPEC+ nazirləri əməkdaşlıq bəyannaməsinin imzalanmasını təxirə sala bilərlər

17:18 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. Nümayəndə heyətlərinin birindən olan qaynaq deyib ki, dekabrın 7-də Vyanada keçirilən iclasın gündəliyində yalnız “bəyannamənin sonrakı tarixdə qəbul etmək niyyəti barədə danışılır”.

OPEC+ ölkələri arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanması  sonrakı tarixə təxirə salınacaq. Nümayəndə heyətlərinin birindən olan qaynaq TASS-a bildirib ki, əvvəl sənədin 7 dekabr tarixində imzalanması gözlənilirdi.

Onun sözlərinə görə, cümə günü Vyanada keçirilən OPEC+ yığıncağının gündəmində yalnız “bəyannamənin sonrakı tarixdə qəbul etmək niyyəti barədə danışılır”.

Jurnalistlərlə söhbət edən digər bir nümayəndə həmçinin sənədin bu gün imzalanacağından əmin olmadığını bildirdi. O, qeyd etdi ki, layihə müqaviləsi iştirakçıların əlindədir, amma bu günün vəziyyətinə görə sənəd, işlənilməlidir.

 

Вся лента