Neftin qiyməti yüksəlir

09:15 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 4,30 dollar və yaxud 7,15% yüksəlib.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 64,54 dollar təşkil edir.

“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,12 dollar (2,2%) yüksələrək bir barelə 52,61 dollar təşkil etmişdir.

Cümə axşamı günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  1,61 dollar (2,7%) yüksələrək bir barelə 61,67 dollar təşkil etmişdir.

 

 

Вся лента