Yeni ili AccessBank-ın əmanətçisi kimi qarşılayın, pulunuz pul gətirsin!

10:37 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. Deyirlər ki, Yeni ili necə qarşılasan, ili də o cür keçirəcəksən. Yeni ili AccessBank-ın əmanətçisi kimi qarşılayın və ilboyu pulunuz pul gətirsin!

Dekabrın sonunadək Sizin yerli Avropa bankınızda 12 aydan 24 ayadək manat əmanəti yerləşdirin və bayramınıza bayram, sevincinizə sevinc qatın. Müştərilərinə unudulmaz Yeni il bayramı yaşatmaq üçün AccessBank 12% illik faiz dərəcəsi ilə əmanət yerləşdirməyə imkan yaradır. İstəyinizə əsasən, yatırılan vəsait üzrə faiz gəlirini həm müddətin, həm də hər ayın sonunda götürə bilərsiniz.

AccessBank sizə Yeni ildə cibinizin dolu olmasını arzulayır!

Kampaniya barədə ətraflı məlumatı Bankın rəsmi saytından, Facebook, InstagramTwitter səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

 


Вся лента