Azərbaycanda illik inflyasiya 2,3 faizə çatıb

12:13 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. Noyabr ayında Azərbaycanda inflyasiyanın səviyyəsi 0,6% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabr ayında istehlak mallarının və xidmətlərinin qiymətləri oktyabr ayı ilə müqayisədə 0,6%, o cümlədən qida məhsullarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri  0,2%, xidmətlərin qiymətləri isə 0,1% artıb.

“Ötən ilin eyni dövrünə nisbətən ölkədə inflyasiyanın səviyyəsi 2,3% təşkil edib, o cümlədən ərzaq məhsulları 1,9%, qeyri-ərzaq malları 2,7%, xidmətlər isə 2,6% bahalaşıb”, - Dövlət Statistika Komitəsindən bildirilib.

 

Вся лента