Azərbaycanda zəlzələ olub

10.12.2018,12:53


10 dekabr, Fineko/abc.az. Lerik rayonunda 3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Lənkərandan 23 km məsafədə, yerli vaxtla saat 10:52-də qeydə alınıb.

“14 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb”, - deyə mərkəzdən bildirilib.

 

Ключевые слова: zəlzələ