Neftin qiyməti enib

09:47 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 1,81 dollar və  yaxud 2,8% düşüb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,73 dollar təşkil edir.

“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,61 dollar (3,1%) enərək bir barelə 51,00 dollar təşkil etmişdir.  

Bazar ertəsi  günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  1,70 dollar (2,76%) düşərək bir barelə 59,97 dollar təşkil etmişdir.

 

Вся лента