Azərbaycan və Türkiyə kənd təsərrüfatı sığortası sahəsində əməkdaşlıq haqqında Protokol imzaladılar

11:40 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. Azərbaycan kənd təsərrüfatı sığortası sahəsində Türkiyə təcrübəsini tətbiq etmək niyyətindədir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, dünən Bakıda kənd təsərrüfatı sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalanmışdır.

"Protokol Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli tərəfindən imzalanıb", - deyə nazirlikdən bildirildi.

 

Вся лента