Almaniya-Azərbaycan dostluğunun 200 illik yubileyin həsr olunan “Germanaijan” sərgisi Kapellhausda açılır

12:13 - 11.12.2018


11 dekabr, Fineko/abc.az.  Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı Həyat axtarışında Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?

Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Goethe-Zentrum Bakının/ Kapellhaus dəstyi ilə təşkil edilir.

"Germanaijan" sərgisi kurator Əsli Səmədovanın izahatına görə, iki ölkə adını - Almaniya və  Azərbaycanı birləşdirir. Sərgi alman icmasının bugünkü Azərbaycana təsirini qeyd etmək üçün düşünülüb. Bu xüsusda Siemens Tarixi İnstitutuv  Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, habelə ayrı-ayrı şəxslərin göstərdikləri dəstək və verdikləri töhfə ən maraqlı və həyəcanverici hekayələri işıqlandırmaqda əvəzsiz kömək oldu. Azərbaycanlı şairə Leyli Salayeva və alman rəssam - illüstrator  Kseniya Finkin birgə layihəsi olan sərgi Azərbaycanda ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir.  Samir Salahovun Hummel ailəsi haqqında parlaq illüstrasiyasında bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiyanın və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır. Sənətkar və dokumentalist-fotoqraf Çinar Məcidovanın video-işində Azərbaycanın şimal bölgələrində və şəhərlərin landşaft memarlığında alman izləri görünür, "Qismət" adlı bədii- videoda isə Bakıda alman memarları   tərəfindən tikilmiş iki malikanənin taleyindən danışılır .Sərgi alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı yazıçı və fotoqraf  Tom Marsdenin hazırladığı və hazırda davam edən, sərhədləri aşan layihəsini də təqdim edir. 

Memarlıq mövzusu Germanaijan'ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin kəmiyyət və keyfiyyətə   cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.

Sərgi, 13 dekabr 2018, сümə 16:00-da, Kapellhausda (28 May küçəsi,

35) başlayır və 16 fevral 2019 tarixinə qədər davam edir. Sərginin iş saatları:

Çərşənbə axşamı – şənbə : 13:00-19:00. Giriş sərbəstdir.

Вся лента