Valyuta hərracı nəticəsində dolların məzənnəsi dəyişmədi

12:43 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“Dekabr 11-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Dekabrın 6-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Вся лента