Azərbaycanın xarici ticarət dövriyyəsi 36% artıb

17:47 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. 10 ay ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 26534,3 milyon dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ixrac 17281,7 milyon dollar, idxal isə 9252,6 milyon dollar təşkil edib.

“Yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu 8,029,1 milyon dollar təşkil edib”, - bu məlumat Dövlət Statistika Komitəsindən bildirilib.

2017-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 36.4%, ixrac 38.3%, idxal 33% artıb.

Ticarət əməliyyatları dünyanın 178 ölkəsi ilə aparılmışdır.

 

Вся лента