Bakı Şopinq Festivalının Ani Lotereya uduşları davam edir

17.11.2017,09:31


Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri hələ bir müddət davam edəcək. Belə ki, “Festival Surprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək. Lakin əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim edilməsi yalnız iki məkanda Park Bulvar və Metro Parkda davam etdiriləcək.

 

Festival dövründə təşkil edilən lotereya uduşları zamanı qaliblər müxtəlif hədiyyələr və hədiyyə kuponları qazanırlar. Lotereyada bəxti gətirənlər Metroparkdan plazma televizorları, Bravo hipermarketindən “Mikromax” smartfonları, Optimal Elektroniksdən supermüasir sobalar, Park bulvardan ən yeni videokameralar, Baku Elektroniksdən tozsoranlar və festival iştirakçısı olan digər mağaza və ticarət mərkəzlərindən saysız-hesabsız hədiyyələr qazanırlar.

 

Lotereyanın şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat festivalın rəsmi (www.bakushopfest.com) saytında yerləşdirilir. Əlavə məlumat üçün lotereyanın keçirildiyi müddət ərzində 1547 telefon  nömrələrinə zəng etmək və ya [email protected] elektron poçt ünvanına yazmaq olar.

 

İkinci Bakı Şopinq Festivalı bu ilin 15 oktyabr-15 noyabr tarixlərində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:

Telefon: 0124982063

E-mail: [email protected]
Web: www.bakushopfest.com

Media müraciət üçün: http://bakushopfest.com/for-media-inquiries/

Ключевые слова: Şopinq Festival shopping festival