Maliyyə Nazirliyi DOİ buraxılışını natamam həcmdə yerləşdirdi

10:15 - 12.12.2018


12 dekabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirirdi.

BFB xəbər verir ki, dekabrın 11-də AZ0105019696 nömrəli, 30 milyon manat həcmində və tədavül müddəti 728 gün olan DOİ buraxılışı yerləşdirilirdi.

Hərrac zamanı 5 investordan bir istiqraza 98,2062 AZN-dən (gəlirlik 9,0000%) 100,1817 AZN-ə (7,9000%) qədər qiymət intervalında 9 sifariş daxil olmuşdur.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 100,0000 AZN (gəlirlilik 8,0000%), orta ölçülmüş qiymət 100,1425 AZN (7,9215%) səviyyəsində müəyyən edilmişdir. Sifarişlərin ümumi məbləği 18 833,3 min manat olmaqla, DOİ 13 881,0 min manat həcmində yerləşdirilmişdir.

DOİ-nin ödəmə tarixi: 8 dekabr 2020-ci il.

 

Вся лента