“Rusiya Kənd Təsərrüfatı Bankı” Azərbaycanda biznesini bağlayır

12:59 - 12.12.2018


12 dekabr, Fineko/abc.az. “Rosselxozbank” Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılmasını bildirir.

Bankın nümayəndəliyinin elanında bildirildiyi kimi, nümayəndəliyin bağlanması ilə əlaqədar kreditorların tələbləri iki ay müddətində qəbul olunacaq.

“Kreditorlar öz iddialarını iki ay müddətində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44, korpus 1 ünvanında təqdim edə bilərlər”, - elanda belə deyilir.

"Rosselxozbank" SC-nin Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin mart ayında qeydiyyatdan keçmişdir.

 

Вся лента