Azərbaycan Mərkəzi Bankı 500 avro nominallı əskinasın yenidən buraxılması ilə bağlı bəyanat yayıb

16:31 - 12.12.2018


12 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 500 avro nominallı əskinasın dövriyyədən çıxarılması ilə bağlı bəyanat yayıb.

AMB-nin bəyanatında qeyd edildiyi kimi, 500 avro nominallı əskinaslar, əvvəlki kimi,  dövriyyədə  qanuni valyuta kimi istifadə ediləcək.

“Həmçinin 500 avroluq pul nişanının bütün kommersiya strukturularında (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) istifadəsinə icazə verilmişdir. Həmçinin  bu  əskinas Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcək”, - AMB-dan belə xəbər verildi.

Avropa İttifaqının Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul etmişdir. Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırlacağı bildirilmişdir.

 

Вся лента