OPEC 2018-ci ildə kartelə daxil olmayan ölkələr tərəfindən neft tədarükünün artmasına dair proqnozunu artırdı

17:19 - 12.12.2018


12 dekabr, Fineko/abc.az. OPEC 2018-ci ildə kartelə daxil olmayan ölkələrin neft tədarükünün gündə 60,03 milyon barelə qədər artacağını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan gündə 170 min barrel çoxdur.

Təşkilatın aylıq hesabatında qeyd edildiyi kimi, son hesabatda, OPEC ekspertləri təxmin edirdilər ki, müstəqil istehsalçıların neft tədarükü bu il gündə 59,86 milyon barel olacaq.

Beləliklə, təşkilat 2018-ci ildə müstəqil istehsalçılar tərəfindən neft hasilatının keçən ilə nisbətən 2,5 milyon barel artmasını gözləyir. Hesabata əsasən,  2017-ci ildə OPEC-dən kənar ölkələrə neft tədarükünün həcmi gündə 57,53 milyon barel təşkil etmişdir.

2019-cu ildə, təşkilatdan kənar ölkələr tərəfindən neft tədarükü, proqnoza görə, gündə 2,16 milyon barel, 2018-ci ilin göstəricisini keçərək gündə 62,19 milyon barelə qədər artacaq. Əvvəlki hesabatda OPEC 2019-cu ildə kartelə daxil olmayan ölkələrin neft tədarükünün gündə 62,09 milyon barelə qədər artacağını proqnozlaşdırdı.

 

Вся лента