Depozit hərracında AMB 350 milyon AZN cəlb etməyi planlaşdırır

16:41 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirəcəyini elan edib.

AMB-in məlumatına görə, depozit hərracı 17 dekabr 2018-ci il tarixində Bloomberg ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsilə 7,76% – 9,74% dərəcə ilə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Вся лента