Azərbaycan və Aİ turizm əməkdaşlığını inkişaf etdirəcək

17:02 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Azərbaycan və Avropa İttifaqı (Aİ) nəqliyyat sahəsində əməkdaşlıq haqqında danışıqlar aparacaqlar.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, danışıqlar fevral ayında Bakıda yüksək səviyyədə keçiriləcək.

“Nəqliyyatın bütün növləri üzrə əməkdaşlığın, o cümlədən aviasiya əməkdaşlığının inkişafı müzakirə olunacaq. Şərq-Qərb dəhlizi ilə daşımaların təşkili də müzakirə olunacaq. Nəqliyyat əməkdaşlığı turizm sahəsində əlaqələrin inkişafına təkan verəcək. Avropa İttifaqı Azərbaycana gələn turist sayının artırılmasında maraqlıdır”, - deyə K.Yankauskas vurğuladı.

 

Вся лента