Azərbaycanda sadələşdirilmiş viza rejimi tətbiq ediləcək ölkələrin siyahısı hazırlanacaq

11:07 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Nazirliyin məlumatında deyildiyi kimi, görüş əsnasında, sadələşdirilmiş viza rejimi tətbiq ediləcək ölkələrin siyahısının genişləndirilməsi məsələsi müzakirə olunub.

“Həmçinin, iştirakçılar, ASAN Viza sistemi vasitəsi ilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi məsələsini də müzakirə etdilər”, - məlumatda belə deyilir.

Xəbər verilir ki, görüşün yekununda sadələşdirilmiş viza rejimi tətbiq ediləcək ölkələrin siyahısının genişləndirilməsi üzrə təkliflərin  hazırlanması haqqında qərar qəbul edilib.

 

 

Вся лента