11:08 - 17.11.2017
Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan Backbase şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - “IBAm” mobil əlavəsini müştərilərin istifadəsinə verib. Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. “IBAm” istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:
Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.
Bankın müştəriləri üçün “IBAm”-a qoşulma və istifadə tamamilə pulsuzdur. Bu xidmətə qoşulmuş müştərilər, 3 ay ərzində bankdakı mövcud cari hesablara və kartlara, həmçinin respublikadaxili bir çox bankların kartlarına köçürmələri də heç bir komissiya ödəmədən həyata keçirə biləcəklər.
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:
Yükləmə linkləri:
Google Play-https://www.play.google.com/store/apps/details?id=iba.mobilbank
AppStore: https://www.itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024