Yanvar-oktyabr aylarında Azərbaycanın bank sisteminin cəmi aktivləri təxminən 30 milyard manat təşkil edib

15:49 - 17.12.2018


17 dekabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin on ayı ərzində bank sektorunun statistikasını açıqladı.

MBNP-nin məlumatında deyilir ki, 2018-ci il 31 oktyabr tarixində Azərbaycanın bank sisteminin cəmi aktivləri 29,690 milyon manat təşkil edib.

“31 oktyabr tarixinə kredit portfeli 11,889 milyon manat, öhdəliklər 25,518 milyon manat, bank sektorunun balans kapitalı 4 1172 milyon manat təşkil edib”, - məlumatda belə deyilir.

Yanvar-oktyabr aylarında bank aktivləri 488,4 milyon manat (1,7%), öhdəlikləri 429,2 milyon manat (1,7%), balans kapitalı isə 59,2 milyon manat (1,4 %) artıb. Kredit portfelinin dinamikasında əhəmiyyətli bir dəyişiklik müşahidə olunmayıb. İlin əvvəlinə bankların kredit portfeli 551,6 milyon manat və ya 5% artıb. Oktyabrda fiziki şəxslərin depozitləri 6,8% artaraq 8,057 milyon manat təşkil edib.

“On ay ərzində Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 581,8 milyon manat, xalis mənfəəti 238 milyon manat təşkil edib”, - məlumatda belə deyilir.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 30 bank 508 filialı, 140 şöbəsi, 2 492 bankomat fəaliyyət göstərmişdi. 2018-ci ilin on ayı ərzində bank sektorunda çalışanların sayı 1040 nəfər artıb.

 

Вся лента