Neftin qiyməti enməkdə davam edir

10:11 - 18.12.2018


18 dekabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,81 dollar və yaxud 1,31% azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,21 dollar təşkil edir.

 “NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,32 dollar (2,6%) düşərək bir barelə 49,88 dollar təşkil etmişdir.  

 “ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində   “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,67 dollar (1,1%) enərək bir barelə 59,61 dollar təşkil etmişdir.

 

Вся лента