Azərbaycan prezidenti elektrik enerjisi istehsalının artırılmasına 30 milyon manat ayırdı

12:08 - 18.12.2018


18 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev elektrik enerjisi istehsalının artırılması üzrə tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat ayrılır.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

 

Вся лента