Azərbaycanda aqroparka yatırılan investisiyalar 1,5 milyard manat dəyərində qiymətləndirilir

16:01 - 19.12.2018


19 dekabr, Fineko/abc.az. Azərbaycanda 45 aqroparkın yaradılması üzrə işlər aparılır.

İqtisadiyyat naziri Şahin Mustafev bildirib ki, 18 aqroparkın artıq fəaliyyət göstərir, qalanları isə yaxın illərdə işə düşəcək.

“Aqroparka yatırılan investisiyalar 1,5 milyard manat səviyyəsində qiymətləndirilir”, - nazir belə deyib.

Onun sözlərinə görə, sənaye parkları və sənaye məhəllələri ərazisində həyata keçirilən layihələrə investisiya qoyuluşu 5 milyard manat səviyyəsində qiymətləndirilir.

 

Вся лента