Həştərxan ilə Bakı arasında uçuşlar 2019-cu ilin yazında bərpa olunacaq

20.12.2018,17:21


20 dekabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) dörd illik fasilədən sonra  Bakıdan Həştərxana birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Həştərxan Vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin səlahiyyətlərini icra edən Denis Afanasyev jurnalistlərə bildirib ki, AZAL şirkəti ilə söhbət baş tutmuş və hava hərəkətinin bərpası 2019-cu ilin yazına planlaşdırılmışdır.

“İndi texniki məsələlər, marketinq siyasəti məsələləri müzakirə edilir. İlkin olaraq, uçuşlar  həftədə iki dəfə olacaq, uçuşun müddəti isə təyyarədən asılı olaraq, 1 saat 15 dəqiqə - 1 saat 30 dəqiqə çəkəcək”, - deyə Denis Afanasyev Həştərxan nümayəndə heyətinin dekabrın 18-də və 19-da Azərbaycana səfərinin yekunlarına münasibət bildirib.

Həştərxan və Bakı arasında hava əlaqəsnin qurulması perspektivləri vilayətin  qubernatoru əvəzi Sergey Morozovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə olunmuşdu.

2014-2015-ci illərdə Həştərxan ilə Bakı arasında birbaşa uçuş olmuşdur, lakin AZAL şirkətinin  təyyarələrinin kifayət qədər olmaması səbəbindən reys bağlanmışdır. İndi donanmada  çatışmazlıq  yoxdur.

2017-ci ilin yekunlarına əsasən, vilayətin Azərbaycanla xarici ticarət dövriyyəsinin bütün göstəriciləri üzrə, xarici ticarət dövriyyəsi 16 milyon dollardan çox,  2016-cı ildə qeyd edilən göstəricidən 4,3 dəfə artıq təşkil edib.