Bakının “qara” valyuta bazarında dolların qiyməti sabitləşdi

12:53 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Bakının “qara” valyuta bazarında dolların qiyməti dəyişməyib.

Dolların alış qiyməti bu gün 1.6950 manat, satış qiyməti isə 1.7000 manat təşkil edib. Avro həmçinin 1.99 manat - 2.00 manat səviyyəsində sabitləşib. Rublun alış qiyməti  0,0278 manatdan  0,0274 manata qədər düşüb, satışı isə sabit qalaraq  0,0280 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı noyabrın 17-də avro məzənnəsini 2,0070 AZN, dollar məzənnəsini 1,7002 AZN, rubl məzənnəsini 0,0285 AZN, lirə məzənnəsini isə 0,4410 AZN səviyyəsində  elan edib.

 

Вся лента