OPEC-in prezidenti: OPEC + -nin növbəti iclası ilk rübdə Bakıda keçiriləcək

15:03 - 24.12.2018


24 dekabr, Fineko/abc.az.   OPEC-in Monitorinq Komitəsinin və OPEC-ə üzv olmayan ölkələrin birgə iclası fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.

Reuters-in verdiyi məlumata görə, bunu Ərəb ölkələri - neft ixracatçıları təşkilatının konfransında OPEC-in prezidenti, BƏƏ-nin energetika naziri Suheyl Əl-Məzrui deyib.

BƏƏ nazirinin qeyd etdiyi kimi, görüşdə neft istehsalçıları neft bazarının 2018-ci ilin yayında əldə etdiyi balansın qaytarılması ilə bağlı danışıqlar aparacaqlar.

Вся лента