“Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya!

14:23 - 25.12.2018


25 dekabr, Fineko/abc.az. “Nar” Yeni ilə yeni smartfonla başlamaq istəyən abunəçilər üçün xüsusi kampaniyaya başlayıb. Dekabrın 24-dənyanvarın 4-nə kimi From.ae/nar səhifəsindən 4G smartfonu alan hər bir “Nar”istifadəçisi 10 GB-dək internet paketi və pulsuz çatdırılma əldə edəcək.Bu kampaniyaya qoşulmaqla abunəçilər yeni telefon əldə etməklə yanaşı, ölkənin ən geniş şəbəkələrindən birinə malik olan “Nar”-ın sürətli 4G internetindən yararlana biləcəklər. Bunun üçün yuxarıda qeyd edilən saytınsəhifəsindən 4G smartfonunun sifarişindən sonra qeyd edilən “Nar” nömrəsinin promo kodu  təqdim olunacaq. Bu promo kodu SMS vasitəsilə 4565 qısa nömrəsinə göndərməklə aktiv internet paketinə uyğun 4G internet bonusu hədiyyə ediləcək.

Qeyd edək ki, internet paketi 15 gün ərzində aktiv olacaq. Kampaniya haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Вся лента