“UNEC - 100” İnkişaf Strategiyası qəbul olundu

11:30 - 26.12.2018


2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 100 illik yubileyini qeyd edəcək.

Bunu əsas tutaraq, UNEC-in 2030-cu ilə qədər fəaliyyətinin əsas istiqamətlərini özündə ehtiva edən “UNEC-100” İnkişaf Strategiyası qəbul edilib.

UNEC-in missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlili aparılıb və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfi müəyyən olunub. Sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətləri təsbit olunub.

“UNEC-100” İnkişaf Strategiyasına uyğun görülən tədbirlər nəticəsində UNEC-in 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilməsi hədəflənib.

 

Вся лента