“Lyapis Lazuli” marşrutu ilə ilk yük Azərbaycana çatdırılıb

12:46 - 27.12.2018


27 dekabr, Fineko/abc.az.  “Lyapis Lazuli” marşrut xətti ilə ilk yük Azərbaycana çatdırılıb.

Əfqanıstandan Türkmənistana,  oradan isə “Berkarar” gəmisi Azərbaycana, Bakı limanına 9 ədəd yük maşını çatdırılıb. Yük maşınları yollarını Gürcüstan və Türkiyə ərazisindən davam edərək quru ilə Avropaya göndəriləcək.

Yük dekabrın 13-də  Əfqanıstandan göndərildi. Yükün əsas hissəsi pambıq, küncüt, quru meyvə və digər məhsullardır.

“Lyapis Lazuli” marşrutu üzrə saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstan üzrə VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində Aşqabadda 15 noyabr 2017-ci il tarixində imzalanıb.

 

Вся лента