İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binaları kompleksinin açılışında iştirak edib

16:02 - 27.12.2018


27 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışında iştirak ediblər

Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa olunub.

Вся лента