Azərbaycanda ilk şəhərlərarası sürət qatarı yola salınıb

16:37 - 28.12.2018


28 dekabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Gəncə-Bakı sürət qatarını yola saldı.

QSC-nin məlumatında deyilir ki, sürət qatarı dekabrın 30-dan hərəkət edəcək.

Qatar Bakıdan saat 9:00-da yola düşəcək, Gəncəyə saat 13:28 çatacaq.

Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.

4 vaqondan ibarət qatarda Birinci (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.

Bakı-Gəncə reysinə biletlərin qiyməti, sinifdən asılı olaraq, 15 manatdan 100 manat arasında olacaq.

Sürət qatarının hərəkət qrafikini  aşağıdakı linkdə göstərilib.

https://ady.az/az/news/read/998/43

 

Вся лента