Bank VTB (Azərbaycan) Tibbi sığorta üzrə sığortaçı axtarır

11:56 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. Bank VTB (Azərbaycan) ASC Könüllü Tibbi sığorta üzrə tender elan edir.

Bankın məlumatında deyilir ki, tender sənədləri ilə Bankın əsas ofisində, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında tanış olmaq olar.

“Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 10 yanvar 2019-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bankın baş ofisinə təqdim edilməlidir”, - məlumatda belə deyilir.

Telefon: 012 492-00-80 (daxili nömrə 1163), Faks: 012 437-71-21, Mob.: 055 212-03-31.

 

Вся лента