Azərbaycanda elektrik enerjisi ixracının həcmi təxminən 15% artıb

16:48 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalı 22,52 milyard kVt / saat təşkil edib.

"Azərenerji" ASC-nin məlumatına görə, il ərzində elektrik enerjisi istehsalı 3,4 faiz artıb.

“2017-ci ilə nisbətən Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisi ixracının həcmi 175 milyon kilovatsaata yaxın və ya 14,2% artmışdır”, -  məlumatda belə deyilir.

 

Вся лента