Bloomberg: dolların qiyməti 1,70 manatı ötdü

20.11.2017,10:20


20 noyabr, Fineko/abc.az. Son 20 gündə valyuta birjasında dollar ilk dəfə 1,70 manatı ötüb.

Bu gün Bloomberg terminalı üzrə banklararası ticarətlərdə dollar, 0,15% bahalaşaraq 1,7001 manat təşkil edib. Dünən terminal üzərində dollar ticarəti 1.6975 manat məzənnəsi ilə yekunlaşıb.

Azərbaycan Mərkəzi Bankın məlumatına görə, dolların rəsmi məzənnəsi hazırda 1,7002 manat təşkil edir.

 

 

Ключевые слова: Bloomberg dollar