İran rekord denominasiya hazırlayır

12:59 - 7.01.2019


7 yanvar, Fineko/abc.az.  İran Mərkəzi Bankı (CBI) ölkənin Nazirlər Kabinetinə milli valyuta olan rialın denominasiyası haqqında qanun layihəsini təqdim edib.

İran KİV-nin verdiyi məlumata görə, hökumət öz növbəsində milli valyutanın denominasiyası ilə bağlı parlamentə qanun layihəsini təqdim edib.

Daxil edilən yeniliklərdən sonra, bir “yeni” rial 10.000 “köhnə” riyala bərabər olacaq,  hazırda isə bir dolların dəyəri təxminən 10 000 rial təşkil edir.

Təxminən bir il əvvəl İran hökuməti milli valyutanın denominasiyasını həyata keçirmək və “rial”dan “tümən” ilə əvəz etməyi planlaşdırırdı. Eyni zamanda, bir il əvvəl, 1 tümən 10 rial dəyərində olmalı idi.

 

Вся лента