Neftin qiyməti artır

10:05 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 2,44% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,69 dollar təşkil edir.

7 yanvat tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  0,56 dollar (1,17%) artaraq bir barelə 48,52 dollar təşkil etmişdir.  

 “ICE” birjasında keçirilən bazar ertəsi keçirilən ticarətin nəticəsində   “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,27 (0,47%) artaraq bir barelə 57,33 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  8,81dollara bərabərdir.

 

Вся лента