2018-ci ildə ARDNF təxminən 6,5 milyard dollar həcmində valyuta satıb

11:04 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını saxlamaqdadır.

ARDNF-nin məlumatına görə, Fond 2018-ci ilin dekabr ayında valyuta hərraclarında 677,1 milyon dollar satmışdır.

2018-ci ilin noyabr ayında  654,1 milyon dollar, oktyabrda 489,6 milyon dollar, sentyabrda 394,8 milyon dollar, avqustda 733,7 milyon dollar, iyulda 536,6 milyon dollar, iyunda 439 milyon dollar, mayda 422,7 milyon dollar, apreldə 802,6 milyon dollar, martda 647 milyon dollar, fevralda 364,1 milyon dollar, yanvarda 299,1 milyon dollar satılmışdır.

Ümumilikdə 2018-ci ildə ARDNF hərraclarda 6460,4 milyon dollar valyuta satıb.

Ümumilikdə 2017-ci ildə ARDNF hərraclarda 3597,8 milyon dollar valyuta satıb.

 

Вся лента