“Amazon” “Microsoft”u keçərək dünyanın ən bahalı şirkəti oldu

12:34 - 8.01.2019


8 yanvar, Fineko/abc.az.  “Amazon” dəyərcə Microsoft”u keçərək 7 yanvar 2019-cu ildə dünyanın ən bahalı şirkəti olub.

“Amazon”un dəyəri 790 milyard dollar, “Microsoft”un dəyəri isə 785 milyard dollar təşkil edir. Yanvarın  7-də “Amazon”un səhmləri 2,7%, “Microsoft”un səhmləri isə 0,5% artıb.

Daha öncə dünyanın ən bahalı şirkətləri arasında üçüncü yerdə “Apple” olub, lakin iPhone satışının aşağı olması barədə xəbərlərdən sonra reytinqdən çıxıb. Onun yerini,  Apple şirkətinin 694 milyard dollar həcmində dəyərinə qarşı 740 milyard dollarlıq  “Alphabet” şirkəti tutmuşdur.

 

Вся лента