AmCham “AzSığorta”nın İdarə Heyətinin sədrini “White Paper 2018” üzərində işə görə mükafatlandırdı

12:44 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov Azərbaycanda  Amerika Ticarət Palatasından (AmCham) “White Paper 2018” hazırlanmasına verdiyi töhfəyə görə xüsusi mükafata layiq görülmüşdür.

Şirkətin bildirdiyinə görə, mükafat, dekabrın 20-də Bakıda Ticarət Palatasının nümayəndələri üçün təntənəli naharda “AmCham”ın Azərbaycandakı rəhbəri Nuran Kərimov tərəfindən təqdim edilib.

“White Paper” - ölkənin biznes mühitinin yaxşılaşdırılması üçün iqtisadiyyatın bir çox sahələrinə dair “AmCham” tövsiyələrini təqdim edən bir sənəddir. Bu tövsiyələr AmCham İcra Komitəsinin, Direktorlar Şurasının, komitələrin rəhbərlərinin və AmCham üzvlərinin iştirakı ilə aparılır. “White Paper” hər 2 ildən bir dərc edilir. Bu kimi ilk sənəd isə 2005-ci ildə təqdim edilib.

 

Вся лента