2018-ci ildə Azərbaycanda neft hasilatının gündəlik həcmi 796,2 min barel təşkil edib

16:10 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Azərbaycanda 2018-ci ilin dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub və bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyinin məlumatında deyilir ki, dekabr ayında gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib.

Azərbaycanda xam neftin gündəlik hasilat həcmi 2018-ci ilin yanvar ayında 814,6 min barel, fevralda – 806 min barel, martda – 794 min barel, apreldə – 785,7 min barel, mayda 801 min barel, iyunda 792 min barel, iyulda 773 min barel, avqustda 774 min barel, sentyabrda 796 min barel, oktyabrda – 783 min barel, noyabrda 801 min barel təşkil edib.

“Ümumilikdə 2018-ci il ərzində   orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib”, - əlumatda belə deyilir.

Energetika Nazirliyi gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2017-ci ildə gündəlik hasilat orta hesabla  781,9 min barrel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

 

Вся лента