Azərbaycan nefti bahalaşıb

09:54 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,86 dollar və yaxud 1,38% bahalaşıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edir.

10 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  0,23 dollar (0,44%) yüksələrək bir barelə 52,59 dollar təşkil etmişdir.  

 “ICE” birjasında keçirilən ticarətin nəticəsində   “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,24 dollar (0,39%) artaraq bir barelə 61,68 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 9,09 dollara bərabərdir.

 

 

Вся лента