İlin əvvəlindən Azexport.az portalı vasitəsilə təxminən 400 milyon dollar həcmində ixrac sifarişləri daxil olub

12:22 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. İlin əvvəlindən Azexport.az  portalı vasitəsilə  dünyanın 66 ölkəsindən 397,3  milyon dollar həcmində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən xəbərə əsasən, cari ilin yalnız oktyabr ayı ərzində daxil olmuş ixrac sifarişlərinin dəyəri  41,5 milyon dollar təşkil edib.

“Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19,2 %), daha sonra Türkiyə (6%), Ukrayna (5,7%), Hindistan (4,8%) və ABŞ (4,2%) yer alıb. Oktyabr ayında İsrail, Myanma kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub”, - məlumatda belə deyilir.

 

Вся лента